UEFA-dan Rusiyanı ümidləndirən açıqlama: 3 ildən sonra…

UEFA Rusiya komandalarının beynəlxalq turnirlərdə iştirakına icazə vermək istəyir.
“Cebheinfo.az” xəbər verir ki, bu haqda “The Independent” qəzeti yazıb.
Qəzet mənbəsinə istinadən iddia edir ki, böyük futbol xadimləri “hətta sabahdan” Rusiyanı geri qaytarmağa hazırdırlar.
Bəzi idman mütəxissisləri hesab edir ki, Rusiya ümumiyyətlə Avropa futbolundan uzaqlaşdırılmamalı idi. Lakin yekun qərar yalnız
Ukraynada atəşkəs əldə edildikdən sonra veriləcək.
Qeyd edək ki, Rusiya 2022-ci ilin 24 fevralında Ukraynaya qarşı hərbi hücumlara başladığı üçün Rusiya Avropanın bütün idman yarışlarından kənarlaşdırılıb.
Vilayət Muxtar
“Cebheinfo.az”