77,6 milyardlıq ziyan: Dolların aqibəti necə olacaq?

77,6 milyardlıq ziyan: Dolların aqibəti necə olacaq?

ABŞ Federal Ehtiyat Sistemi (FED) 2024-cü ildə 77,6 milyard dollar zərəri olduğunu bildirib. 

"Cebheinfo.az" xəbər verir ki, FED 2024-cü il üçün audit edilmiş maliyyə hesabatlarını dərc edib. Buna uyğun olaraq, FED-in ötən il əməliyyat itkisi 77,6 milyard dollar olaraq hesablanıb. Bank, həmçinin 2023-cü ildə 114,3 milyard dollar əməliyyat zərəri açıqlayıb. Bu dövrdə FED-in zərərinin həcminin azaldığı qeyd edilib. FED sonuncu dəfə 2022-ci ildə 58,8 milyard dollar mənfəət əldə edib. Ötən il bankın faiz xərcləri 226,8 milyard dollara düşüb. 

Bu məbləğ 2023-cü ildə 281,1 milyard dollar olaraq qeydə alınıb. Faiz gəlirləri 2023-cü ildəki 174,5 milyard dollardan keçən il 158,8 milyard dollara düşüb. Sözügedən dövrdə FED-in itkisinə səbəb 2020 və 2021-ci illərdə təsirli olan COVID-19 pandemiyasından sonra 2022 və 2023-cü illərdə yüksələn inflyasiyaya nəzarət etmək üçün faiz dərəcələrini artırması olub. 

Nigar 
"Cebheinfo.az"