Elvin Abbasov: “Azərbaycanda internetin illik sürəti 90 % artıb”

“Azərbaycanda genişzolaqlı internetin sürəti son 12 ay ərzində əhəmiyyətli dərəcədə artaraq orta hesabla 62,69 Mbit/s-ə çatıb. Bu, illik sürətin 90 % artımı deməkdir”.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə jurnalislərə açıqlamasında Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbsov məlumat verib.
O bildirib ki, bu nailiyyət, Azərbaycanın beynəlxalq reytinqdə bir pillə irəliləyərək 92-ci yerdə qərarlaşmasına səbəb olub:
“Ötən ilin noyabr ayında bu göstərici 33.03 Mbit/s idi. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində genişzolaqlı internetə çıxış imkanı əldə edən ev təsərrüfatı və biznes subyektlərinin sayı artaraq 99,4 %-ə yüksəlib.
Azərbaycanda internet infrastrukturunun yaxşılaşması və genişzolaqlı şəbəkənin keyfiyyətinin artması, ölkənin informasiya texnologiyaları sahəsində sürətli inkişafına böyük töhfələr verərək nailiyyətlər əldə etməsinə imkan yaradıb”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”