Mərkəzi Bankın valyuta ehtiyatı azalıb

Mərkəzi Bankın valyuta ehtiyatı azalıb

Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatı azalıb.

“Cebheinfo.az” xəbər verir ki, açıqlanan son rəqəmə görə AMB-nin rəsmi valyuta ehtiyatları 10 milyard 967.8 milyon dollardır. Məlumat isə cari ilin 29 noyabra qədərki dövrü əhatə edir.

Bundan əvvəl, cari ilin 31 oktyabrda isə AMB-nin rəsmi valyuta ehtiyatı 11 milyard 371.7 milyon dollar olub.

Bu isə o deməkdir ki, AMB-nin rəsmi valyuta ehtiyatı 1 ay ərzində 403.7 milyon dollar azalıb.

Vilayət Muxtar
“Cebheinfo.az”