Rusiyanın “çirkli pul” və narkotik QORXUSU

Rusiyanın “çirkli pul” və narkotik QORXUSU

Rusiya mövcud şərtlərdə kriptovalyutalarla beynəlxalq ödənişlər etməyə məcburdur.

Cebhe.info xəbər verir ki, Rusiya maliyyə nazirinin müavini Aleksey Moiseyev mövcud şərtlər daxilində kriptovalyutalarla beynəlxalq ödənişlər etmənin Rusiyanın bir öhdəliyi olduğunu deyib.

Rusiya dövlət kanalı “Rossiya-24”-ə açıqlamasında Rusiya maliyyə nazirinin müavini Aleksey Moiseyev ölkədə kriptovalyutaların tənzimlənməsi ilə bağlı Rusiya Maliyyə Nazirliyi ilə Rusiya Mərkəzi Bankı arasında müxtəlif fikir ayrılıqlarının olduğunu bildirib. Beynəlxalq ticarətdə kriptovalyutalardan istifadənin bir öhdəlik olduğunu izah edən Moiseyev “Mövcud şərtlərdə kriptovalyutaların beynəlxalq ödənişlərdə bir öhdəlik olduğu həm bizim, həm də Rusiya Mərkəzi Bankı üçün aydındır”,- deyib. O, Rusiyada planlaşdırılan mövcud infrastrukturun kriptovalyutaların beynəlxalq ödənişlərdə istifadəsi üçün yetərli olmayacağını deyib:

“Planladığımız infrastruktur sərhədlərarası köçürmələr üçün bir qədər sərt ola bilər. Bunun üçün ilk növbədə bu transferləri qanuniləşdirməliyik. Bir tərəfdən insanlara bu imkanı verməli, digər tərəfdən də nəzarətə sahib olmalıyıq ki, “çirkli pul”ların yuyulması və narkotik ödənişləri olmasın”.

Qeyd edək ki, Rusiyanın sənaye və ticarət naziri Denis Manturov da mayın 18-də kriptovalyutaların Rusiyada ödəniş sistemi kimi leqallaşdırıla biləcəyini bildirib. Qərb ölkələrinin Rusiya maliyyə sisteminə qarşı sanksiyaları səbəbindən ölkədəki bir çox qurum və təşkilatlar dollar- avro ödənişlərində problem yaşayırlar.

Nigar
Cebhe.info