Taxıl sahələrinin sığortalanması başa çatır

Taxıl sahələrinin sığortalanması başa çatır

Yazlıq taxıl sahələrinin sığortalanması üçün nəzərdə tutulan müddət iyun ayının 15-də başa çatır. 

“Cebheinfo.az” xəbər verir ki, Aqrar Sığorta Fondu (ASF) yazlıq taxıl əkini ilə məşğul olan fermer və təsərrüfat sahiblərini taxıl sahələrini bu müddətin sonunadək dövlət dəstəkli aqrar sığorta vasitəsilə sığortalamağa çağırır.

Aqrar sığorta vasitəsilə istehsalçılara məxsus əkin sahələri dolu, fırtına, qasırğa, sel-subasma, yanğın, eləcə də üçüncü şəxslərin hərəkətləri və vəhşi heyvanların hücumu kimi risklərdən sığortalanır. Sığorta haqqının 50 faizi dövləti tərəfindən ödənilir. 

Nəticədə fermerlər cüzi ödənişlə taxıl sahələrini sığortalaya bilirlər. Belə ki, ölkənin əksər ərazilərində 1000 manatldıq məhsul olan 1 hektar buğda və ya arpa sahəsinin sığortalanması fermerlərə cəmi 6-12 manata başa gəlir.

Fermerlər taxıl sahələrini sığorta etmək üçün ASF-nin 1651 Çağrı Mərkəzinə müraciət edə bilərlər. Sığorta haqqı isə Asan Pay sistemi vasitəsilə asanlıqla ödənilir.ASF yazlıq taxıl becərən fermerləri öz məhsullarını qorumağa və sığortalamağa çağırıb.

Nigar
“Cebheinfo.az”