"Rəqəmsal qızıl" mifi dağıldı

"Rəqəmsal qızıl" mifi dağıldı

Ötən payızda 126 min dollarla rekord qıran "Bitcoin" gərgin satış dalğaları ilə 60 min dollar həddinə qədər geriləyib. 

Bu enişlə birlikdə kriptovalyuta bazarı səkkiz ay ərzində 1,2 trilyon dollardan çox dəyər itirərkən, ABŞ Prezidenti Donald Trampın ikinci prezidentliyi dövründəki bütün qazanclar sıfırlanıb.

"Cebheinfo.az" xəbər verir ki, "Bitcoin" cümə günü apardığı əməliyyatlarla Trampın 2024-cü ildəki yenidən seçilmə prosesindən dərhal əvvəlki ən aşağı səviyyəsinə geriləyib.

Bu vəziyyət Trampın seçilməsindən sonra kriptodostu bir administrasiyanın gələcəyi gözləntisi ilə başlayan və bir ay sonra "Bitkoin"i ilk dəfə 100 min dollara çatdıran yüksəliş küləyinin tərsinə döndüyünü göstərir.

İlin əvvəlindən bəri təxminən 30 faiz dəyər itirən "Bitcoin" Trampın vəzifəsinin icrasına başlamasından bəri 6 faizdən çox eniş yaşayıb.

Eyni dövrdə S&P 500 indeksi təxminən 10 faiz, Trampın ikinci dövrünün başlanğıcından etibarən isə 30 faiz yüksəlib.

Rekord səviyyədə davam edən səkkiz aylıq durğunluq prosesi bəzi investorları satış etməyə məcbur qoyub, digərlərini də kriptovalyutaların portfeldəki rolunu yenidən qiymətləndirməyə sövq edib.

"Farside Investors" məlumatlarına görə, "BlackRock" şirkətinin ən böyük Bitkoin birja investisiya fondu (ETF) mayın 15-i ilə iyunun 3-ü arasındakı bütün ticarət sessiyalarında xalis vəsait çıxışı qeydə alıb.

Fevral ayının sonlarında İran ilə başlayan müharibənin ilk günlərində yüksəlişə keçən "Bitcoin" analitiklərin bu aktivin yenidən "rəqəmsal qızıl" və ya qeyri-müəyyənliyə qarşı bir qorunma vasitəsi olub-olmayacağını müzakirə etməsinə yol açıb.

Lakin kriptovalyuta növbəti prosesdə bu qazanclarını qoruya bilmədi. ABŞ səhmləri isə müharibə ilə bağlı ilk enişdən sonra bərpa olunaraq rekord səviyyələrə çatdı. Real qızıl isə bu il stabil qalmasına baxmayaraq, Trampın hakimiyyətə gəlişindən bəri 60 faiz dəyər qazanıb.

Sahibkar və investor Mark Küban may ayında qatıldığı bir proqramda "Bitcoin"in gözlənilən qorumanı təmin edə bilmədiyini və bu vəziyyətin məyusluq yaratdığını bildirərək əlindəki aktivlərin böyük hissəsini satdığını açıqlayıb.

Nigar Hacılı 
"Cebheinfo.az"