Bakı həbsxanasında ölüm: qətl törətmişdi...

Bakı həbsxanasında ölüm: qətl törətmişdi...

Bakıda daha bir məhkum ölüb.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı müalicə müəssisəsində qeydə alınıb.

Orada saxlanılan Sabir Rəxtari dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir.

Qeyd edək ki, Sabir Rəxtari adam öldürməkdə təqsirli bilinərək həbs edilib.

2016-cı il mayın 3-də Sumqayıt şəhəri 36-cı məhəllənin ərazisindən şəhər sakini Tapdıq Musayev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli törədən Kotec qəsəbə sakini Sabir Rəxtari tutulub.

Cebhe.info