Bakıda qidadan zəhərlənən 34 yaşlı qadın öldü

Bakıda qidadan zəhərlənən 34 yaşlı qadın öldü

Bakıda qidadan zəhərlənən qadın yaşadığı evdə ölüb.

"Cebheinfo.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, Binəqədi qəsəbəsində yaşayan 1990-cı il təvəllüdlü Vüsalə Sadıqova evdə vəfat edib.

Onun qəbul etdiyi qidanın təsirindən zəhərlənərək öldüyü bildirilir.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

"Cebheinfo.az"