Arıqlamağa kömək edəcək 5 meyvə

Bəzi meyvələrin kalorisi çox deyil, lakin onlar lif və müxtəlif vitamin və minerallarla zəngindir.
Bu meyvələr vitamin və mineralların insana lazım olan normasını almağa kömək edir və bununla da bədəni qoruyur.
Cebhe.info xəbər verir ki, belə meyvələrdən biri banandır. Banan gündə bir dəfə yeyildikdə arıqlamağınıza kömək edə bilər. Bu meyvədə çoxlu lif var, buna görə də insanı doydurur. Maksimum fayda əldə etmək istəyirsinizsə, o zaman yaşılımtıl banan götürün, çünki daha az nişasta və şəkər var.
Qreypfrut da bu baxımdan xeyirlidir. Alimlər öz araşdırmalarında belə qənaətə gəliblər ki, əsas yeməkdən az əvvəl bir az qreypfrut yesəniz, orqanizm onu daha aktiv şəkildə emal edərək daha çox enerji sərf edəcək. Buna görə də insan arıqlayacaq. Qreypfrutu zülalla, məsələn, kəsmik və ya liflə birləşdirmək yaxşıdır, onu yaşıl salata əlavə edə bilərsiniz.
Ananası da unutmayın. Bu tropik meyvə həzmə kömək edən fermentlərlə zəngindir. Xüsusilə, ananasın tərkibində zülalların həzminə kömək edən bromelain var. Təkmilləşdirilmiş həzm iştahı da tənzimləyə bilər ki, bu da öz növbəsində arıqlamağa kömək edir. Bundan əlavə, ananasın çoxlu lifi var, onun sayəsində mümkün qədər uzun müddət toxluq hiss etmək olar. Qatıq və kəsmiklə birlikdə də yeyə bilərsiniz.
Avokadonun əsas üstünlüklərindən biri bədənimizin çox ehtiyac duyduğu çox sağlam yağları ehtiva etməsidir. Yəni bu meyvə insanı doydura bilir, lakin çəki artımına səbəb olmur. Amma avokadonu da çox yemək olmaz. Gündəlik istifadə yaş, çəki və sağlamlıq vəziyyətindən asılıdır. Təxminən 70-80 kq çəkisi olan bir insan bir avakadonun ancaq yarısını yeyə bilər. üç yaşdan kiçik uşaqlara avokado verməmək daha yaxşıdır.
Armud lifin əla mənbəyidir. Orta ölçülü bir meyvədə 6 qram lif var. Armudu çiy yeməkdən əvvəl pendir və qoz-fındıqlə, yaxud bal əlavə edərək yemək olar.
Arıqlamaq istəyənlər üçün şirin limonadın ən yaxşı alternativi limonlu sudur. Limonlu su maddələr mübadiləsini yaxşılaşdırır və bədənin yağları daha səmərəli şəkildə yandırmasına kömək edir. Bir stəkan sudan sonra kalorilərdən qurtulma nisbəti 30% arta bilər. Bundan əlavə, tərkibində dərinin gözəlliyi və gəncliyi üçün əsas zülal olan kollagenin istehsalı üçün zəruri olan askorbin turşusu var. Beləliklə, qırışların yaranmamasını istəyirsinizsə hər səhər ilıq limonlu su için.
Xəzər
Cebhe.info