Şumerlərin kafe-meyxanası tapılıb: Dünyanın ən qədim soyuducusu da buradadır

Şumerlərin kafe-meyxanası tapılıb: Dünyanın ən qədim soyuducusu da buradadır

İraqın cənubundakı Laqaşda arxeoloji qazıntı işləri aparılır.

Cebhe.info xəbər verir ki, Laqaş antik dövrün ən böyük şəhərlərindən biri olub. Orada arxeoloqlar eramızdan əvvəl bir neçə minilliklər əvvəl yaşamış şumerlərin həyatına dair maraqlı sübutlar aşkar ediblər.

Eramızdan əvvəl 4-cü minillikdə Laqaş Fars körfəzinin şimal sahilində yerləşən üç şəhərin aqlomerasiyasının mərkəzi idi. Bu yaşayış yeri 1953-cü ildə tarxeologiyaelminə açılıb. İndi o, əsasən Pensilvaniya Amerika Universitetinin arxeoloqları və antropoloqları tərəfindən öyrənilir. Alimlər “Journal of Anthropological Archeology” və “Penn Today” jurnallarında nadir tapıntılar barədə danışıblar.

Maraqlıdır ki, təxminən 450 hektar ərazisi olan şəhər bir neçə adada yerləşirdi və 4 hissəyə bölünürdü: dini, kənd təsərrüfatı, sənətkarlıq və balıqçılıq hissəsi. Cənub tərəfdə saxsı qablara işarə edən tapıntılar var. Orada keramika bişirmək üçün bir neçə keramik soba aşkar edilib. Yaxınlıqda yemək qalıqları və dövrün digər artefaktları olan gil qablar da tapılıb.

Daha bir tapıntı ən qədim soyuducu cihaz olub. Bunlar biri digərinn içinə qoyulmuş iki gil qabdır. Xarici məsaməli, daxili isə sıx idi, sobada bişirilirdi. Aralarında bir boşluq var və bu boşluq yaş qumla doldurulurdu.

Qum həm də daxili qazandan istiliyi çıxarmaq funksiyasını yerinə yetirir, istilik xaricə ötürülür, məsaməli olduğuna görə asanlıqla buxarlanırdı. Bu Şumer kafe-meyxana təxminən eramızdan əvvəl 2700-cü ilə aiddir.

Xəzər

Cebhe.info