Aygün Kazımova konsert verəcək: Biletlər neçəyədir?

Azərbaycanın Xalq artisti Aygün Kazımova növbəti dəfə konsert verəcək.
“Cebheinfo.az” xəbər verir ki, pop ulduzu “Dalğa Beach”də pərəstişkarlarının görüşünə gələcək.
30 avqustda keçiriləcək konsert saat 20:00-də başlayacaq.
Xalq artisti sevilən hitlərini sevənlərinin qarşısında ifa edəcək. Bilet qiymətləri isə 30 manatdan 300 manata qədərdir.
Aslan
“Cebheinfo.az”