TƏBİB-dən Xalq artistinin durumu ilə bağlı açıqlama

TƏBİB-dən Xalq artistinin durumu ilə bağlı açıqlama

Ənvər Həsənovun hazırki vəziyyəti ağır-stabil olaraq qiymətləndirilir.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Yanvarın 10-da Xalq artisti Ənvər Həsənov halının pisləşməsi səbəbilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub. Ona dəqiqləşdirilməmiş anemiya diaqnozu təyin edilib və ilkin zəruri tibbi xidmət göstərilib.

Yanvarın 17-də vəziyyətinin ağırlaşmasına görə xalq artisti Reanimasiya şöbəsinə köçürülüb. Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub.

Yanvarın 18-də Ənvər Həsənov vəziyyəti stabilləşən xalq artisti tibb müəssisəsinin Nevrologiya şöbəsinə köçürülüb. Hazırda həmin şöbədə müalicəsi davam etdirilir.

"Cebheinfo.az"