Türkiyədə Orhan Gencebaya vəzifə verildi

Türkiyədə Orhan Gencebaya vəzifə verildi

Türkiyənin məşhur müğənnisi Orhan Gencebay və sevilən aktrisa Hülya Koçyigit Mədəniyyət və İncəsənət Siyasətləri Şurasına üzv təyin ediliblər.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Resmi Gazete"də dərc olunan "Türkiyə Prezidentinin kadr təyinatlarına dair qərarları"ndan aydın olub.

Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə yayımlanan təyinat qərarına əsasən, şuralara müxtəlif şəxslər təyin olunub.

Mədəniyyət və İncəsənət Siyasətləri Şurasının üzvləri siyahısında Orhan Gencebay və Hülya Koşyigitlə yanaşı professor Ahmet Albayrak, Ali Saydam, Aram Kuran, Fecir Alptekin, Gökhan Yazgı, professor Gülçin Yahya Kaçar, Han Tümertekin, Havva Hümeyra, Şahin Oktay, Hülya Soydan, Prof. İskender Pala, Mustafa Sinan Genim, professor Ümit Meriç və professor Yusuf Özkırın adları da var.

"Cebheinfo.az"