Ukraynalı “Eurovision” qalibi: “Rusiya haqqımda…”

Ukraynalı “Eurovision” qalibi: “Rusiya haqqımda…”

Rusiya silahlı qüvvələri haqqında yalan məlumat yaymaqda ittiham olunan ukraynalı “Eurovision” qalibi Susana Camaladinova ona qarşı irəli sürülən ittihamların yalan olduğunu deyib.

Cebhe.info xəbər verir ki, artıq Camala Rusiyada axtarışa verilib.

O bildirib ki, baş verənlər onu heç təəcübləndirmir:

“Bu, Rusiya təbliğat maşının istifadə etdiyi üsuldur. Yalan, yalan, yalan”.

“Yaranan vəziyyət ailəmdə, uşaqlarımda stressə səbəb olub. Mən də onlar üçün narahatam”.

Qeyd edək ki, “1994” mahnısı ilə 2016-cı ildə “Eurovision” qalibi olan Camala ötən il Rusiya ordusu və Ukraynada davam edən döyüşlər haqqında saxta məlumatların yayılmasını qadağan edən qanuna görə ittiham olunub.

Ləman İsmayıl
Cebhe.info