Ceyhun Bayramov: “10 gün sonra Ankarada...”

“10 gün sonra Ankarada üçtərəfli görüşümüz olacaq”.
“Cebheinfo.az” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan və Türkiyə XİN rəhbərlərinin birgə mətbuat konfransında bildirib.
“Azərbaycan və Türkiyə münasibətləri əhatə dairəsinə görə məzmunca olduqca zəngindir. Bu münasibətləri daha da inkişaf etdirmək üçün müxtəlif platformalar mövcuddur. Ötən ay beynəlxalq tədbirlər formatında 2 dəfə görüşmüşdük. Bu gün Hakan Fidanın Azərbaycana səfəri ilə başlayır. 10 gün sonra isə Ankarada üçtərəfli görüşümüz olacaq. Bu görüş Azərbaycan, Türkiyə, Özbəkistan arasında olacaq”, - nazir vurğulayıb.
“Cebheinfo.az”