Bakının bu ərazisində su kəsilib

Paytaxtın Nəsimi rayonunda yerləşən, “Papanin” kimi tanınan ərazisində içməli suyun verilməsində fasilələr yaranıb.
"Cebheinfo.az” xəbər verir ki, bu barədə redaksiyamıza həmin ərazidə yaşayan sakinlər tərəfindən məlumat verilib.
Nəsimi rayonu ərazisində səhər saatlarından etibarən sular kəsilib. Sakinlər su problemindən əziyyət çəkdiklərini deyirlər.
Vətəndaşlar məsələ ilə bağlı aidiyyəti orqanlara müraciət etsələr də, cavab ala bilmədiklərini deyiblər.
"Cebheinfo.az"