Bu ərazilərdə suyun verilişində fasilə olacaq

Suraxanı rayonu Hövsan qəsəbəsinin bəzi ərazilərində bu gün suyun verilməsində fasilələr yaranacaq.
“Cebheinfo.az”-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilən məlumata görə, bu, magistral su kəmərində baş verən qəzanın aradan qaldırılması ilə bağlıdır.
Noyabrın 16-ı səhər saatlarından suyun əvvəlki rejimlə verilməsi bərpa olunacaq.
“Cebheinfo.az”