“İnsan bir dərman üçün kənddən rayon mərkəzinə gəlməsin”

“İnsan bir dərman üçün kənddən rayon mərkəzinə gəlməsin”

“Dövlət proqramları çərçivəsində pulsuz təmin edilən dərman vasitələri əsasən poliklinkalarda, ailə sağlamlıq mərkəzlərində və digər müəssisələrdə paylanılır".

"Cebheinfo.az" xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin keçirilən iclasında "İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusunda ictimai dinləmədə Səhiyyə Nazirliyinin Tibb müəssisələrinin Akkreditasiyası və keyfiyyətə nəzarət Mərkəzi PHŞ-ın İdarə Heyətinin sədri vəzifələrini müvəqqəti icra edən Şərafət İsmayılova deyib.

O bildirib ki, bu isə kəndlərdə yaşayan əhali üçün çətinliklər yaradır:

"Bu dərmanlar mobil apteklər vasitəsilə həftənin konkret günlərində bütün qaydalara riayət etməklə əhaliyə çatdırılsın. Amma insan bir dərman almaq üçün kənddən rayon mərkəzinə gəlməsin, bu insanlar üçün müəyyən narahatlıqlar yaradır”.

Komitə sədri Əhliman Əmiraslanov isə cavab olaraq bunun mümkün olmadığını qeyd edib:

“Şiş əleyhinə olan kimyəvi dərman vasitələrinin bölgələrdə xəstələrə çatdırılması qeyri-mümkündür. Çünki şiş əleyhinə olan dərmanlarla müalicəni aparmaq üçün stasionar şərait lazımdır. Hələlik bölgələrdə bunu həyata keçirmək mümkün deyil”.

"Cebheinfo.az"