Leysan yağıb - FAKTİKİ HAVA

Leysan yağıb - FAKTİKİ HAVA

Bəzi rayonlarında, eləcə də Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli yağış yağıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Dekabrın 6-sı saat 11:00-a olan məlumatına əsasən düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 19 (aylıq normanın 64%-i), Lerikdə 2, Qusarda 1 mm-dir.

Şərur, Sədərək, Şəmkir, Qobustan, Sabirabad, Lerikdə duman müşahidə olunub. Görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.

"Cebheinfo.az"