Müəllimlərdən şikayətlərin qəbulu başlayıb

Müəllimlərdən şikayətlərin qəbulu başlayıb

21, 22 və 24 iyun tarixində təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin apellyasiya müraciətlərinin qəbuluna start verilib.

Təhsil İnstitutundan “Cebhe.info” -ya verilən xəbərə görə, müəllimlər  portal.edu.az  platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müraciətlərini ünvanlaya bilərlər.

Qeyd edək ki, təhsilverənlər 1 ay müddətində şəxsi kabinetləri vasitəsilə apellyasiya müraciəti edə bilərlər. Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan ediləcək.

Nigar
“Cebhe.info”