İranda rəqs edən cütlüyə 10 il həbs 

İranda rəqs edən cütlüyə 10 il həbs 

İran Tehranın Azadlıq meydanında rəqs edən bloqer cütlüyə 10 il həbs cəzası verib.

Cebhe.info xəbər verir ki, Astiaj Həqiqi və Əmir Məhəmməd Əhmədi Tehranın Azadi meydanında rəqs etdiklərinə dair video paylaşdıqlarına görə hər biri 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hər iki bloqer 2022-ci ilin noyabr ayında mülki geyimli polislər tərəfindən evlərində döyülərək həbs edilib.

Onların ailələri həbs olunduqdan sonra təhlükəsizlik orqanlarının təzyiqi ilə susmağa məcbur ediliblər.

Gənc cütlüyün məhkəmədə “pozğunluğa və fahişəliyə təşviq etmək", "milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşmaq və rejim əleyhinə təbliğat aparmaq” ittihamları ilə mühakimə olunublar.

Məhkəmə həbslə yanaşı, onların sosial mediadan istifadəsinə 2 il, həmçinin ölkədən çıxışlarına iki il qadağa qoyub.

Aylin
Cebhe.info