Bu müəllimlərə də güzəşt təklif edilir

Bu müəllimlərə də güzəşt təklif edilir

“Özəl təhsil müəssisələrində çalışan müəllimlər dövlət təhsil müəssisələrində çaışanlarla eyni statusa və imkanlarına sahib olmalıdır”.

“Cebhe.info” xəbər verir ki, bu təkliflə parlamentin bugünkü plenar iclasında deputat Bəhruz Məhərrəmov çıxış edib.

Deputat əlavə edib ki, özəl təhsil müəssisələrində çalışan müəllimlər bu gün güzəştli ipoteka kreditiylə ev ala bilmirlər:

“Baxmayaraq ki, onların ödəmə imkanları dövlət təhsil müəssisələrində çalışanlardan daha yaxşıdır. Hesab edirəm ki, aidiyyəti qurumlar bu məsələni nəzərə almalıdır və özəl təhsil müəssisələrində çalışan müəllimlərin güzəştli şərtlərdən istifadə etməsi üçün şərait yaradılmalıdır”.

Vilayət Muxtar
“Cebhe.info”