Azərbaycan məktəblərində 12 il oxuyanlar da var: KİMLƏRDİR?

Azərbaycan məktəblərində 12 il oxuyanlar da var: KİMLƏRDİR?

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin 12-ci sinifini 125 nəfər bitirib.

Ümumilikdə bu il I sinifləri 42 070, IX sinifləri 43 664, XI siniflərini 28 993, XII sinifləri isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 125 nəfər bitirib.

2023-2024-cü tədris ilində yeni dövrün çağırışlarına əsaslanan, növbəti dövrlər üçün təhsilin məqsədi olaraq müəyyən edilən XXI əsrin tələblərinə uyğun təhsil mühitinin formalaşmasına nail olmaq üçün məqsədyönlü fəaliyyətlər həyata keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatına görə, bu dövrdə məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi, səriştəəsaslı məzmunun tətbiq olunması, pedaqoji heyətin peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi, rəqəmsal səriştələrin artırılması və digər müvafiq istiqamətlərin hər biri əsas məqsədlər kimi diqqətdə saxlanılıb.

 Statistik məlumatlara görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində 691 təhsil müəssisəsi fəaliyyət göstərir. BŞTİ-nin tabeliyindəki məktəblərdə 505 389 şagirdin təlim-tərbiyəsi ilə 29 767 müəllim məşğul olub. 

Maraqlıdır, bəs 12-ci sinifdə təhsil alanlar kimlərdir? Burada təhsil almaq üçün tələb edilən şərtlər hansılardır?

 Təhsil eksperti Kamran Əsədov "Cebhe.info"-ya açıqlamasında bildirib ki, fiziki məhdudiyyətli şəxslər, 11-ci sinifdə qalan şagirdlər, tədris dili fərqli olan liseylərdəki şagirdlər 12 illik sistem üzrə təhsil alır:

"Ölkə üzrə təkcə 11 deyil, 12-ci sinif üzrə təhsilalanlar da var. Fiziki məhdudiyyətli şəxslərdə təhsil 12 illikdir, onlar 1 il artıq oxuyurlar. Tədrisi fərqli dillərdə olan bəzi özəl liseylərdə də təhsiı 12 illikdir. Bundan başqa, 11-ci sinifdə qalan şagirdlər var ki, onlar da 12-ci sinfi oxuyurlar.

Bu, axşam və qiyabi təhsil adlanır. Bu və digər səbəblərdən təhsilini vaxtında başa vurmayan şagirdlər üçün Bakı şəhərində və bölgələrdə müxtəlif orta ümumtəhsil məktəbləri var. Həmin şəxslər 12-ci sinfə cəlb olunurlar”.

Ekspert bildirib ki, onlar təhsilini başa vurduqdan sonra  tam təhsili başa vurmaqla bağlı atestat alırlar:

“Onlar üçün axşam saatlarında xüsusi məktəblərdə siniflər açılır və təhsillərini həmin məktəblərdə davam etdirirlər". 

"Cebhe.info" xəbər verir ki, bu barədə o, özü "İnstagram" hesabında paylaşım edib.

Futbolçu klub rəhbərliyi, baş məşqçisi və əməkdaşlarına, o cümlədən, azarkeşlərə təşəkkürünü bildirib.

Ötən mövsümün əvvəlindən "Umraniyespor"da çıxış edən yarımmüdafiəçinin yeni klubu hələlik bəlli deyil.

Naibə
"Cebhe.info"