Tanzila Narbayeva: "İqlim dəyişikliyi ilə bağlı araşdırmalara dəstək verilməlidir"

Tanzila Narbayeva: "İqlim dəyişikliyi ilə bağlı araşdırmalara dəstək verilməlidir"

İqlim dəyişikliyi ilə bağlı birgə araşdırmaların aparılmasına dəstək verilməlidir.

"Cebheinfo.az" xəbər verir ki, bunu Özbəkistan Ali Məclisi Senatının sədri Tanzila Narbayeva COP29-un Yaşıl Zonasında keçirilən Parlament Görüşündə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, iqlim dəyişikliyi ilə bağlı məsələlərin həllində maliyyə ən önəmli məsələdir:

"Özbəkistan da iqlim dəyişikliyindən əziyyət çəkənlərə dəstək məqsədilə aidiyyəti üzrə 31 milyon dollar investisiya yatırıb. Eyni zamanda qlobal təşəbbüsləri dəstəkləməyə davam edirik. İqlim dayanıqlılığının möhkəmləndirilməsi əsas hədəflərdəndir".

"Cebheinfo.az"