ABŞ Meksika pomidorlarına 21 faiz rüsum tətbiq edəcək

ABŞ iyul ayından etibarən Meksika pomidorlarına 21 faiz rüsum tətbiq edəcək.
"Cebheinfo.az" xəbər verir ki, ABŞ Meksikadan idxal edilən bir çox pomidora ədalətsiz qiymətlə satıldığını əsas gətirərək bu məhsullara 20 faizdən çox gömrük rüsumları tətbiq etməyə başlayacaq.
Ticarət Departamenti verdiyi açıqlamada, mövcud ticarət razılaşmasının Amerika istehsalçılarını kifayət qədər qorumadığını əsas gətirərək 14 iyul tarixindən etibarən Meksikadan gələn pomidorların əksəriyyətinə 20,91 faizlik antidempinq rüsumunun tətbiq ediləcəyini bildirib.
Meksika ABŞ-a pomidor, təzə meyvə və tərəvəz də daxil olmaqla, kənd təsərrüfatı məhsullarının ən böyük tədarükçüsüdür.
Son illərdə ABŞ-ın kənd təsərrüfatında qlobal gücünə baxmayaraq, idxal olunan ərzaq məhsullarının artımı diqqəti cəlb edir.
Kənd Təsərrüfatı Departamentinin məlumatına görə, avokado, qəhvə və şəkər kimi məhsulların idxalının artması ABŞ-ın kənd təsərrüfatı ticarət kəsirini bu il rekord həddə - 49 milyard dollara çatdıracaq.
Antidempinq rüsumları idxal olunan məhsulların ABŞ bazarına “ədalətsiz aşağı qiymətə” təklif edildiyi aşkar edildikdə tətbiq edilən xüsusi vergilərdir.
Bu baxımdan, Trampın ticarət müharibəsi çərçivəsində tətbiq etdiyi ümumi tariflərdən fərqlənir.
Nigar
"Cebheinfo.az"