ABŞ Tayvana 38 ədəd “Abrams” tankı tədarük edib

ABŞ Tayvana 38 ədəd “Abrams” tankı tədarük edib

Amerika Birləşmiş Ştatları “M1A2T” modifikasiyalı 38 ədəd “Abrams” tankının ilk partiyasını Tayvana çatdırıb.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “France-Presse” agentliyi Tayvanın müdafiə nazirliyinə istinadən məlumat yayıb.

Əvvəlcə döyüş texnikasının çatdırılması 2024-cü ilin ortalarına planlaşdırılsa da, sonrakı tarixə saxlanıldı. 

Tayvan 2025-ci ildə daha 42 Amerika tankı, 28 döyüş maşınının son partiyasını isə 2026-cı ildə alacaq. 

2019-cu ildə ABŞ Dövlət Departamenti 108 ədəd “Abrams M1A2T” tankının Tayvana 2,2 milyard dollara satılmasını təsdiqləyib.

“M1A2T” Tayvanın tələblərinə uyğun olaraq modernləşdirilmiş “M1A2” əsas döyüş tankının modifikasiya edilmiş SEPv2 (Sistem Təkmilləşdirmə Paketi versiyası 2) versiyasıdır. 

Hazırda Tayvanın tank parkı əsasən köhnəlmiş növlərdən olan 1000 döyüş maşınından ibarətdir. 

Müşfiq Abdulla 
 “Cebheinfo.az”