Antarktidada həyəcan: 7,5 trilyon ton buz əriyib

Yeni bir araşdırma iqlim böhranının Antarktidaya təsirini bir daha ortaya qoyub.
Cebhe.info xəbər verir ki, Lids Universitetinin professoru Benjamin Davisonun rəhbərlik etdiyi araşdırmaya görə, Antarktidadakı 162 buz təbəqəsinin 40 faizindən çoxu və ya 71-i 1997-ci ildən 2021-ci ilə qədər kiçilib.
Son 25 ildə ölçüsü kiçilən buz təbəqəsi okeana 7,5 trilyon ton ərimiş su buraxıb. Elm adamları uzun qütb gecələrində qalın buludları görə bilən peyklərdən istifadə edərək buzdakı illik dəyişiklikləri ölçüblər.
Buz itkisinin iqlim böhranının nəticəsi olduğuna qeyd edən Davison, "Biz buz rəflərinin əksəriyyətinin sürətli, lakin qısamüddətli kiçilmə dövrü keçəcəyini, sonra yavaş-yavaş yenidən böyüməsini gözləyirdik. Əvəzində isə biz onların demək olar ki, yarısının heç bir bərpa əlaməti göstərmədən kiçildiyini görürük" deyib.
Nigar
Cebhe.info