Bu hava limanında uçuşlar ləğv edildi – SƏBƏB

Bu hava limanında uçuşlar ləğv edildi – SƏBƏB

Münhen Hava Limanında 2 günlük tətil səbəbindən uçuşların 80 faizi ləğv edilib. 

“Cebheinfo.az” xəbər verir ki, buna səbəb Verdi ictimai sektoru həmkarlar ittifaqının bu gündən etibarən təşkil etdiyi tətillər göstərilib. 

Almaniyanın ikinci ən böyük hava limanı öz rəsmi internet saytında qeyd edib ki, daha çox uçuşun ləğv olunma ehtimalı mövcuddur. Sərnişinlərin bu çətinliklərlə bağlı daha ətraflı məlumat almaq üçün müvafiq hava yolları ilə əlaqə saxlamaları tövsiyə olunur. Qeyd edək ki, Verdi həmkarlar ittifaqı keçən ay maaş danışıqları başlayandan bəri Almaniyada bir sıra tətillər təşkil edib. 

Əfsanə 
“Cebheinfo.az”