Bu ölkədə qızılca tüğyan edir

Bu ölkədə qızılca tüğyan edir

Hazırda Avropa regionunda qızılca xəstəliyinə yoluxma hallarının sayında kəskin artım müşahidə edilir.

Cebhe.info xəbər verir ki, bu il İngiltərədə qızılcaya yoluxma hallarında kəskin artım var.

1 yanvar - 30 sentyabr tarixlərində İngiltərədə 149 nəfər qızılcaya yoluxub. 

Həkimlər bu artımın səbəbini peyvənd edənlərin sayının azlığı ilə əlaqələndirir:

“Beş yaşından kiçik uşaqlarda peyvənd olunanların sayı son 10 ildə ən aşağı səviyyədədir. Biz artıq bunun təsirlərini London, Uels və Lesterdə baş verən qızılca epidemiyalarında müşahidə edirik”.

Pediatriya və Uşaq Sağlamlığı kollecinin prezidenti Kamilla Kingdon qeyd edib ki, bir çox pediatr bu qış qızılca xəstəliyinin kəskin dərəcədə artması qorxusu ilə yaşayır.

Virusun qarşısının alınması üçün kollec uşaqlara MMR peyvəndinin vurulması təlimatını verib.

Ləman İsmayıl
Cebhe.info