Dövlət televiziyası elan etdi: “Əsəd devrildi, bu qədər...”

Dövlət televiziyasını ələ keçirən silahlılar Suriya Prezidenti Bəşər Əsədin devrildiyini elan ediblər.
“Cebheinfo.az” bu barədə “RİA Novosti”-yə istinadən yazır.
“Bəşər Əsəd devrildi, bu qədər... Məhbuslar həbsdən buraxılıb”, - deyə yaraqlılar bildirib.
Onlar əlavə ediblər ki, Dəməşqə nəzarət edirlər və tərəfdarlarını qırğın törətməməyə çağırıblar.
Dekabrın 8-də səhər saatlarında “Reuters” Suriya ordusunun iki yüksək rütbəli zabitinə istinadən bildirib ki, Əsəd təyyarəyə minərək Dəməşqdən naməlum istiqamətdə havaya qalxıb. Daha sonra təyyarə radarlardan itib.
Xəzər
“Cebheinfo.az”