Etna dağında vulkanik püskürmə davam edir

İtaliyanın cənubundakı aktiv vulkanlardan biri olan Etna dağında son vulkanik fəaliyyət davam edir.
"Cebheinfo.az" xəbər verir ki, Vulkanın cənub-şərq kraterindən atılan külün 2 kilometr hündürlüyə çatdığı bildirilib.
Adanın ətrafındakı hava məkanının müəyyən hissələrinin yüksələn kül buludu səbəbindən uçuşlara bağlandığı bildirilib.
Nigar Hacılı
"Cebheinfo.az"