Kadırov vəhabilərin bütün qohumlarını öldürməklə hədələdi

Kadırov vəhabilərin bütün qohumlarını öldürməklə hədələdi

Çeçenistan rəhbəri Ramzan Kadırov respublikanın təhlükəsizlik və hüquq-mühafizə orqanlarının nümayəndələri ilə görüşündə vəhhabilikdə şübhəli bilinən çeçenlərin qohumlarını öldürməklə hədələyib.

“Cebhe.info” bu barədə “Meduza”-ya istinadğn xəbər verir .

İyunun 25-də baş tutan görüşdən video həmin gün Kadırovun “Telegram” kanalında yayımlanıb. Kadırov bunları deyib:

"Əgər şübhəli şəxs şeytanlarla əlaqədədirsə, onun bütün ailəsi cəzalandırılmalıdır. Bu ailə bilməlidir ki, bütün məsuliyyət onların üzərinə düşür. Kim öz qardaşını qoruyursa, başa düşməlidir ki, qan davası ilə hamını öldürəcəyik - atanı, qardaşı, əmini... Çeçen xalqına müraciət edirəm ki, övladlarınızın nə olduğunu bilin. 

Vəhabiliyin əlamətlərini hamınız bilirsiniz, görsəniz, dərhal yerli polisə məlumat verin. Səni də, oğlunu da, qardaşını da sonradan öldürməkdənsə, onun qarşısını vaxtında alsaq, daha yaxşı olar”.

Öz növbəsində, Çeçenistanın “Seqodnya” dövlət agentliyi bildirib ki, Kadırov hüquq-mühafizə orqanının əməkdaşını öldürməyə cəhd edən şəxsin qohumlarını “qanun çərçivəsində tam şəkildə” cəzalandırmaqla hədələyib. Agentlik öz məlumatında qan davasından bəhs etmir.

Videodan sonra Çeçenistan rəhbərinin teleqram kanalındakı yazıda bildirilir ki, görüşdə digər məsələlərlə yanaşı, terror cinayətlərinin qarşısının alınması üzrə işin gücləndirilməsi məsələləri müzakirə edilib, Kadırov isə Dağıstandakı terror aktları ilə bağlı çağırış edib. O, hüquq-mühafizə orqanlarının rəhbərliyinə ictimai təhlükəsizliyin təmin edilməsi və terrorizmin qarşısının alınması istiqamətində işi gücləndirmək haqqında tapşırıq verib:

“Xüsusilə qeyd etdim ki, hüquq-mühafizə orqanlarının və dövlət qurumlarının həyatına hər hansı hücumun qarşısı alınacaq. Nəinki cinayəti törədənlər, hətta bu işdə onlara dolayısı ilə köməklik edənlər də qanun çərçivəsində maksimum cəza alacaqlar. Mən həmçinin hər bir çeçeni terror ideologiyasının zərərli təsirindən qorumaq üçün ən yaxın qohumlarına qarşı xüsusilə diqqətli olmağa çağırmışam”.

Çeçenistan müxalifətinin “1ADAT” teleqram kanalı iddia edir ki, iyunun 24-dən etibarən Çeçenistanda Dağıstandakı terror aktları ilə bağlı reydlər keçirilir. 

Digər mənbələr bu barədə məlumat verməyib.

Xəzər
“Cebhe.info”