Kral silahlanma çağırışı etdi: Qorxulu ssenari gerçəkləşir

Kral silahlanma çağırışı etdi: Qorxulu ssenari gerçəkləşir

“Niderland yeni hərbi çağırışlara hazır olmalı və təhlükəsizliyini təmin etmək üçün “dişinə qədər” silahlanmalıdır”. 

“Cebheinfo.az”-ın məlumatına görə, Niderland Kralı Villem-Aleksandr bu barədə Ukrayna hərbçilərinin Vredepieldə (Limburq əyaləti) təlim keçdiyi kazarmalara səfəri zamanı belə deyib. 

“Ola bilsin ki, biz azadlığı və sülhü çox uzun müddətdir normal qəbul etmişik. Lakin Ukraynadakı müharibə və digər münaqişələr artıq bunun belə olmadığını açıq şəkildə göstərir. Hazır olmalıyıq, əks halda işlər pis olacaq”, - deyə Kral bildirib.

Villem-Aleksander qeyd edib ki, Niderland yalnız müdafiəsini gücləndirməməli, həm də yenidən silahlanma ilə ciddi məşğul olmalıdır.

Onun fikrincə, ölkənin müdafiə sənayesi yenidən həqiqi hərbi münaqişə şəraitində lazım olan texnika və silahları istehsal etmək gücündə olmalıdır.

Hakim koalisiyaya daxil olan Azadlıq və Demokratiya Uğrunda Xalq Partiyasının lideri Dilan Yeşilgöz-Zegerius aprelin ortalarında verdiyi açıqlamada bildirib ki, Niderland hökuməti müdafiə və təhlükəsizlik ehtiyacları üçün 1,1 milyard avrodan çox vəsait ayırmaq niyyətindədir.

Həmçinin, Azadlıq və Demokratiya Uğrunda Xalq Partiyasının deputatı Ruben Brekelmansın sözlərinə görə, 2025-ci ildə Niderland Krallığı Ukraynaya 2 milyard avro ayırmağı planlaşdırır ki, bunun da 500 milyonu pilotsuz təyyarələrin istehsalına yönəldiləcək. Eyni zamanda, Ukrayna Niderlanddan “F-16” qırıcıları alıb.

Müşfiq Abdulla 
“Cebheinfo.az”