Moldova ilə Qaqauziya arasında vəziyyət gərginləşir

Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun (Qaqauz Yeri) rəhbəri Yevgeniya Qutsul, müavini Viktor Petrovun Kişinyov hava limanında saxlanılmasını mövcud hakimiyyətin siyasi təzyiqi kimi dəyərləndirib.
"Cebheinfo.az" xəbər verir ki, Yevgeniya Qutsul baş verənləri "siyasi terror" adlandıraraq, bölgəyə qarşı artan təzyiqlərlə bağlı Rusiyaya, Türkiyəyə və digər beynəlxalq tərəfdaşlara müraciət edəcəklərini bildirib.
Səbinə Uğur
"Cebheinfo.az"