Pasxanın tarixi açıqlanıb

Xristianlaırn ən mühüm bayramlarından olan Pasxanın tarixi açıqlanıb.
İsa Məsihin dirilməsini və ölüm üzərində qələbəni simvolizə edən əsas xristian bayramı olan Pasxa bu il aprelin 20-nə təsadüf edəcək.
“Cebheinfo.az” xəbər verir ki, həmin gün möminlər kilsəyə, xidmətlərə gedir və bir-birlərini "Məsih dirildi!" sözləri ilə təbrik edirlər. Pasxa bayramında ət, yumurta və süd məhsulları da daxil olmaqla istənilən yemək yeyə bilərsiniz.
Ölənlərin xüsusi anım günü - Radonitsa - Pasxadan sonra ikinci həftənin çərşənbə axşamı qeyd olunur. Bu il aprelin 29-na təsadüf edir. Bu gün dindarlar kilsəyə gedir, mərhumu dualarında xatırlayır, anım mərasimləri keçirir, qəbiristanlıqları ziyarət edir, “kuliç” adlanan xüsusi şirnaiyyat hazırlayırlar.
Xəzər
“Cebheinfo.az”