Peskovdan Suriya açıqlaması: “Rusiya aviabazasına...”

Peskovdan Suriya açıqlaması: “Rusiya aviabazasına...”

Rusiya tərəfi Suriyadakı Rusiya aviabazasına suriyalı mülki şəxslərin sığınması ilə bağlı vəziyyəti şərh etmir.

“Cebheinfo.az”-ın məlumatına görə, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə belə deyib.

O, Prezident Vladimir Putin tərəfindən suriyalı mülki vətəndaşların Rusiya hərbi hava bazasında sığınacaq verilməsi barədə göstəriş verilib-verilməməsi ilə bağlı sualı cavablandırıb.

“Biz bazalarla bağlı heç nəyi şərh etmirik”, - deyə Peskov bildirib.

O, Suriyadakı zorakılığın Rusiyanı dərindən narahat etdiyini vurğulayıb.

Putinin mətbuat katibi qeyd edib ki, bu narahatlıq dünyanın bir çox ölkələrində və beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də paylaşılır.

Bu yaxınlarda “Osvedomitel” “Telegram” kanalı rus hərbçilərinin Latakiya və Tartusdan repressiyalardan qaçan mülki şəxslərə Hmeymim hərbi hava bazasında sığınacaq verdiyini yazıb. 

Müşfiq Abdulla 
 “Cebheinfo.az”