Qara dənizdə 3 PUA məhv edilib

Qara dənizdə 3 PUA məhv edilib

Rusiyanın hava hücumundan müdafiə sistemləri Krım yaxınlığında Qara dəniz üzərində Ukraynaya məxsus üç PUA-nı vurub.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Ukrayna ordusu Rusiya Federasiyası ərazisindəki obyektlərə təyyarə tipli PUA-lardan istifadə etməklə hücüm cəhdinin qarşısı alınıb.

Krım yarımadası yaxınlığında Qara dəniz üzərində 3 pilotsuz uçuş aparatları zərərsizləşdirilib”, - deyə məlumatda deyilir.

Həsən Məmmədov
“Cebheinfo.az”