Qətər nədən narahatdır?

Qətər nədən narahatdır?

Pakistan-Əfqanıstan sərhədində hərbi qarşıdurma Qətəri narahat edib. 

“Cebheinfo.az” “Yeni Şafak”a istinadən xəbər verir ki, cümə axşamı Pakistan xarici işlər naziri İshaq Dar və Qətər XİN rəhbərinin müavini Məhəmməd Bin Əbdüləziz Əl-Xulafi arasında telefon danışığı baş tutub. 

Pakistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, söhbət zamanı iki ölkə arasındakı münasibətlər, o cümlədən regional və beynəlxalq məsələlər barədə müzakirələr aparılıb.

Lakin Pakistan-Əfqanıstan sərhədində gərginlik ilə bağlı məsələyə toxunulub-toxunulmaması hələ dəqiq məlum deyil.  

Mətbuat katibi Tahir Əndrabi qeyd edib ki, ölkənin Baş naziri Şahbaz Şərifin yaxın günlərdə Dohaya rəsmi səfəri gözlənilir.
 
T.Əndrabi öz sosial şəbəkə hesabında bildirib ki, Ş.Şərif Qətərin dövlət rəhbəri ilə görüşündə regional məsələlər, xüsusilə Əfqanıstanda hazırkı durumla bağlı məsələni müzakirə edəcək. 

Qeyd edək ki, Qətər İslamabad ilə geniş münasibətlərə malik olmaqla yanaşı “Taliban”la da diplomatik-siyasi təmasları var.

Rəsmi Doha iki ölkə arasındakı münaqişənin həllində vasitəçi kimi iştirak etməyə hazır olduğunu bildirib. 

Yunis Abdullayev 
“Cebhjeinfo.az”