Rəsmi Tiflis kömək təklif etdi

Rəsmi Tiflis kömək təklif etdi

“Gürcüstan tərəfi hər zaman Ermənistan və Azərbaycan arasında konstruktiv kommunikasiyaya kömək etməyə hazırdır”.

“Cebhe.info” xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili deyib.

“Biz dəfələrlə sübut etmişik və bir daha qeyd etmək istəyirəm ki, Gürcüstan həmişə Cənubi Qafqazda dinc əməkdaşlığın və birgə yaşayışın tərəfdarı olub. Biz hər zaman tərəflər arasında konstruktiv ünsiyyəti təşviq etməyə və qarşılıqlı faydalı əməkdaşlıq istiqamətində konkret addımlar atmağa hazırıq”, - deyə Darçiaşvili Tbilisiyə rəsmi səfərə gəlmiş azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında vurğulayıb.

Darçiaşvilinin qeyd etdiyi kimi, son görüşdə nazirlər iki ölkə arasında əməkdaşlığı, həmçinin Gürcüstan-Azərbaycan-Türkiyə üçtərəfli formatını müzakirə ediblər. Xarici işlər nazirləri regional enerji layihələrinin əhəmiyyətini və Orta (Transxəzər) dəhlizinin - Çindən Qazaxıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan, Türkiyə vasitəsilə Avropa ölkələrinə nəqliyyat marşrutunun əhəmiyyətini qeyd ediblər.

Xəzər
“Cebhe.info”