Respublikaçıların vergi planı ABŞ-yə 5,5 trilyona başa gəlir

ABŞ-da ABŞ -də demokratlar yeni rəsmi proqnozlar açıqlayıblar.
Onlara görə, respublikaçıların müddəti bitmək üzrə olan vergi güzəştlərini uzatmaq planı ölkəyə 5,5 trilyon dollara başa gələ bilər. Bu, əvvəlki hesablamalar olan 4 və ya 4,6 trilyon dollardan xeyli çoxdur.
"Cebheinfo.az" "Politico"-ya istinadən bildirir ki, yeni proqnozlara əsasən, əgər Respublikaçılar vergi güzəştləri üçün heç bir maliyyə kompensasiyası ayırmasalar, faiz ödənişləri də daxil olmaqla dövlət xəzinəsinə ümumi yük 5,5 trilyon dollar təşkil edəcək. Demokratların sifarişi ilə hazırlanmış bu rəqəmlər 2035-ci ilə qədər olan 11 ili əhatə edir.Demokratlar vurğulayırlar ki, bu planlar əsasən varlılara və iri korporasiyalara yönəlib. Bunun “misli görünməmiş iqtisadi məsuliyyətsizlik” olduğunu deyirlər.
Respublikaçılar isə bu proqnozları tənqid edirlər. Onlar bildirirlər ki, Konqresin Büdcə İdarəsinin analitikləri tez-tez reallığı əks etdirməyən qiymətləndirmələr təqdim edir.Respublikaçılar Nümayəndələr Palatasında 4,5 trilyon dollarlıq vergi azaldılması, Senatda isə 5,3 trilyon dollarlıq vergi güzəştləri təklif edirlər. Hər iki halda xərclərin azaldılması ilə bağlı konkret planlar ya qeyri-müəyyəndir, ya da sonradan açıqlanacağı bildirilir. Hazırda respublikaçılar yeni vergi planlarının detalları üzərində pərdəarxası müzakirələr aparırlar.
Səbinə Uğur
"Cebheinfo.az"