Rusiya Ukraynada döyüşən 600 muzdlunu axtarışa verib

Rusiya Ukraynada döyüşən 600 muzdlunu axtarışa verib

800-dən çox xarici muzdlu döyüşçü Ukrayna ordusu tərəfində münaqişədə iştirak etməkdə ittiham olunur. Onlardan 600-dən çoxu artıq axtarışdadır.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə TASS-a Rusiya Federasiyası İstintaq Komitəsinin mətbuat xidməti məlumat verib.

“Ukrayna tərəfində münaqişədə iştirak etmiş muzdluların məsuliyyətə cəlb edilməsi istiqamətində işlər gücləndirilib. Əcnəbilərə qarşı 80 cinayət işi məhkəmələrə göndərilib”- məlumatda belə deyilir.

Bildirilir ki, bir həftə ərzində Kursk vilayətinə hücumda iştirak etmiş britaniyalı Skott Rays Andersona qarşı cinayət işi üzrə istintaq yekunlaşacaq.

Həsən Məmmədov
“Cebheinfo.az”