Bu ərazilərə nəzarət Rusiyaya keçib

Hazırda Ukraynanın Sumı vilayətinin 4 yaşayış məntəqəsi Rusiyanın nəzarətindədir.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Kursk vilayətinin Ukrayna ordusundan tam azad olunması ilə bağlı prezident Vladimir Putinə məruzəsində bildirib.
Onun sözlərinə görə, hazırda Sumı vilayətində 4 yaşayış məntəqəsi Rusiya ordusu tərəfindən nəzarətə götürülüb:
"Sumı vilayətinin nəzarətə götürülən ərazisinin ümumi sahəsi 90 kv.km-dən çoxdur", Gerasimov qeyd edib.
"Cebheinfo.az"