Sahibsiz itlərin hücumuna məruz qalan uşaq həyatını itirdi

Türkiyədə sahibsiz itlərin hücumuna məruz qalan uşaq həyatını itirib.
"Cebheinfo.az" xarici mediaya istinadən xəbər verir ki, İstanbulun Başak Şehir məhəlləsində 2 yaşlı Suriya əsilli Rana El Selci sahibsiz itlərin hücumuna məruz qalıb.
Vətəndaşların müdaxiləsi ilə itlərin əlindən xilas olan uşaq xəsarətlərdən qurtula bilməyib.
Rana El Selci dərha Konya Şəhər Mərkəzi Xəstəxanasına aparılıb. Amma həkimlərin səylərinə, aparılan tibbi müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
"Cebheinfo.az"