Səkkiz aydan sonra razılaşma: Yeni baş nazir bəlli oldu

Səkkiz aydan sonra razılaşma: Yeni baş nazir bəlli oldu

Belçikada təxminən 8 ay davam edən koalisiya danışıqlarından sonra hökumət formalaşdırılıb və sağ təmayüllü Yeni Flaman Alyansının (N-VA) lideri Bart De Vever ölkənin yeni Baş naziri olub. 

"Cebheinfo.az" xəbər verir ki, 9 iyun 2024-cü ildə keçirilən seçkilərdə ilk partiya olaraq ortaya çıxan Flaman millətçisi N-VA-nın lideri De Vever 237 günlük koalisiya danışıqlarından sonra hökumətə rəhbərlik edəcək. İndiki Baş nazir Aleksandr de Krudan vəzifəni alan De Vever Kral Filipin hüzurunda and içib. De Vever bu gün paytaxt Brüsseldə keçiriləcək Avropa İttifaqının (Aİ) qeyri-rəsmi sammitində də ölkəsini təmsil edəcək. 

Nigar Hacılı 
"Cebheinfo.az"