Şokolad bir neçə dəfə bahalaşacaq: Bazara ziyanlı məhsullar çıxarılacaq

İqlim dəyişikliyi nəticəsində əsas kakao yetişdirən Qana və Kot de Vuarda kakao paxlasının məhsuldarlığı kəskin şəkildə azalıb.
Həddindən artıq kakao çatışmazlığı qiymətlərin kəskin artmasına səbəb olub. 2024-cü ilin sonuna olan məlumata görə, kakaonun qiyməti tarixi rekord həddə çatıb.
“Cebheinfo.az” xəbər verir ki, son 2 ildə 1 ton kakaonun qiyməti 5 dəfədən çox artaraq 2200 ABŞ dollarından 12000 ABŞ dollarına yüksəlib. Ekspertlərin hesablamalarına görə, yaxın 1 il ərzində şokoladın qiyməti 100 faizdən çox artacaq. Avropa və Amerikanın iri qənnadı şirkətləri artıq öz şokoladlarının qiymətini 20 faizdən çox qaldırıblar və bu il qiymət artımının daha da olacağı istisna edilmir. Biznesin idarə oluna bilməsi üçün hər bir şirkət müxtəlif tədbirlər görür.
Bəziləri məhsullarında kakao miqdarını azaltmağı planlaşdırır, bəziləri isə kakao məhsulları əvəzinə başqa inqrediyentlərdən istifadə edə və ya eyni qiyməti saxlaya bilsələr də, ayrı-ayrılıqda satılan şokoladın ölçüsünü azalda bilərlər. Şokolad həvəskarlarını yeni bahalaşma gözləyir. İstehlakçılar mümkün qədər ayıq olmalıdırlar, çünki bir çox istehsalçılar kakao adı altında palma yağı və digər əvəzediciləri olan şokolad istehsal edəcəklər.
Xəzər
“Cebheinfo.az”