Tehranda bu küçəyə İsmayıl Haniyənin adı verildi

Tehranda bu küçəyə İsmayıl Haniyənin adı verildi

Tehran Şəhər Şurasının qərarı ilə İran paytaxtında HƏMAS-ın siyasi qanadının mərhum lideri İsmail Haniyənin adı əbədiləşdirilib. 

“Cebheinfo.az”-ın məlumatına görə, Tehranın keçmiş Şimali Fələstin küçəsinə İsmayıl Haniyənin adı verilib. 

Xatırladaq ki, iyulun 31-də İsmail Haniyə Tehranda qaldığı qonaq otağında İsrail kəşfiyyatı tərəfindən öldürülüb.

Müşfiq Abdulla 
“Cebheinfo.az”