Tramp atışmadan danışdı: “Melaniya üçün travma oldu”

Tramp atışmadan danışdı: “Melaniya üçün travma oldu”

ABŞ Prezidenti Donald Tramp birinci xanım Melaniya Trampın "travmatik bir təcrübə" keçirdiyini bildirib və şənbə günü axşam Ağ Ev müxbirlərinin şam yeməyi zamanı silahlı şəxs bir neçə dəfə atəş açanda "dəhşətli bir səs" olduğunu deyib.

“Cebheinfo.az” xəbər verir ki, xaosdan bir saat sonra Ağ Evdə keçirilən mətbuat konfransında Tramp "Melaniya çox diqqətli idi. Bu, onun üçün olduqca travmatik bir təcrübə oldu”,-deyib.

Melaniya Tramp "Bu, xoş səs deyil",- deyib.

Prezident birinci xanımın həmişə işinə və üzləşdiyi yüksək risklərə diqqət yetirdiyini söyləyib.

"Birinci xanım fantastik bir iş görüb. O, ölkəsini sevir. Bunu hər kəsdən daha yaxşı başa düşür. Amma o, mənə deyirdi ki, "Sənin təhlükəli bir işin var",-Tramp bildirib.

Xatırladaq ki, Gizli Xidmət agentləri otelin foyesində atışma şübhəlisi Kol Alleni saxlayıblar. Kolumbiya Dairəsi Polis Rəisi Ceffri Kerroll jurnalistlərə bildirib ki, Kaliforniyanın Torrens şəhərindən olan 31 yaşlı müəllim Allen tüfəng, tapança və bir neçə bıçaqla silahlanmış halda tapılıb. Atıcının təkbaşına hərəkət etdiyi güman edilir, lakin onun motivi və hədəfi açıqlanmayıb. Müşahidə kameralarının görüntüləri şübhəlinin otel foyesində Məxfi Xidmətin vagentinin yanından keçdiyini əks etdirib. Donald Tramp, Melaniya Tramp, vitse-prezident Ceyms D. Vens və Trampın kabinetinin üzvləri təcili olaraq bal zalından təxliyə ediliblər.

Xəzər
“Cebheinfo.az”