Türkiyə erkən seçkiyə gedir? – Özgür Özəldən açıqlama

Türkiyə erkən seçkiyə gedir? – Özgür Özəldən açıqlama

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl son açıqlaması ilə diqqət çəkib.

“Cebhe.info” xəbər verir ki, siyasətçi ölkədə növbədənkənar prezident seçkilərinin keçirilə biləcəyini deyib.

O, bununla bağlı tarix də verib:

“Məncə, 5 il tamamlanmadan, 1,5 il sonra erkən seçki keçirilər. Çünki bununla bağlı tələb artır. Cəmiyyətin yarısına yaxını növbədənkənar prezident seçkilərinin keçirilməsini istəyir. Ona görə də bu gündən il yarım sonra erkən seçkinin keçiriləcəyini düşünürəm. Mən istəyirəm? Bəli! Hətta gələn həftə, gələn ay olmasını istəyirəm. Siyasət də belə davam edərsə, erkən seçkinin keçirilməsi qaçılmaz olacaq”.

Elmir Mustafa
“Cebhe.info”