Əlisa Nicat: “Mən heç nədən narazı deyiləm”

Əlisa Nicat: “Mən heç nədən narazı deyiləm”

"Mən heç nədən narazı deyiləm. Çünki bilirəm ki, dünyaya nə üçün gəlmişəm , dunyadan gedendən sonra da necə olacağam. Mən bilirəm, arxayınam ki, insan öldükdən sonra bununla da hər şey qurtarır".

Cebhe.info xəbər verir ki, bunu ötən gün sosial şəbəkələrdə fotosu ilə müzəkirə olunan azərbaycanlı filosof, yazıçı, tərcüməçi Əlisa Nicat İctimai kanalda qonaq olarkən deyib.

Yazıçı bildirib ki, insan öləndən sonra nəyisə izah etmək mümkün deyil:

"Nə qədər ki, mən varam, bilirəm ki, varam. Mən milyon illər əvvəl hazırlanmışam. Anam elə-belə məni dünyaya gətirməyib. Hüceyrələrim milyon illər qabaq hazırlanıb. Yeri gəlmişkən, "Hüceyrə" adlı roman hazırlayırdım. Orada bir hüceyrə necə doğulur, onun başına milyon illər nələr gəldiyini yazmışam. Bu roman yarımçıq qalır".

Əlisa Nicat bildirib ki, indi Allahın insanı necə yaratmağı barədə yazır:

"Allah insanı necə yaradacığını əvvəlcədən müəyyən edir. Bəşəriyyətin cüzi, bəlkə də 1 faizi Allahın nəzərindədir. Qalanları, 99 faizi bəşəriyyət məndən inciməsin, sürüdür, kütlədir".

https://www.facebook.com/watch/?v=2939914819644290

Aylin
Cebhe.info